33 yaşlı İmişli sakini vida məktubu yazıb intihar etdi
    • 14-12-2018, 10:16
    • 1 270

33 yaşlı İmişli sakini vida məktubu yazıb intihar etdi

Dünən İmişli rayonunda intihar hadisəsi baş verib.

Rayonun Xoşçobanlı kənd sakini, 1985-ci ildə anadan olmuş iki azyaşlı uşaq atası Nihad İltifat oğlu Əhmədov özünü tikintisi başa çatmamış evində asaraq intihar edib.

Mərhumun üzərinə baxış keçirilən zaman məktub aşkar olunub. O, qardaşına ünvanladığı məktubda ölümündə heç kəsin günahkar olmadığını, o qədər də çox olmayan borclarının qaytarılmasını, balalarınından muğayat olmalarını istədiyini yazıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğinda araşdırmalara başlanılıb.

//Virtualaz.org