-
- 24-05-2022, 18:34
- 322
Almaniya meymun çiçəyinə qarşı tədbir görür: 40 min doza peyvənd ehtiyatı var
Almaniya dünyada sürətlə yayılmağa başlayan Meymun Çiçəyi virusuna qarşı tədbirlər görməyə başlayıb. Almaniyanın səhiyyə naziri Karl Lauterbax, Robert Koch İnstitutunun (RKI) prezidenti Lothar Wieler ilə keçirdiyi mətbuat konfransında Bavariya Nordic şirkətindən 40 min doza çiçək peyvəndi sifariş etdiklərini açıqladı.
News24.az xarci KİV-ə istinadla xəbər verir ki, yoluxmuş insanlar üçün 21 günlük karantinin kifayət edəcəyini söyləyən Lauterbach, "İnfeksiyalar daha da yayılarsa, bu nöqtədə hələ tövsiyə edilməyən, lakin lazım ola biləcək peyvəndlərə hazır olmaq istəyəcəyik" dedi.
Meymun çiçəyi epidemiyasının idarə oluna biləcəyini və yeni bir pandemiyaya çevrilməyəcəyini ifadə edən Lauterbach, erkən müdaxilənin patogenin icmalarda yerləşməsinin qarşısını ala biləcəyini bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi açıqlamada oxşar zəmanətlər verilərək kütləvi peyvəndlərə ehtiyac olmadığı və virusun yayılmasının gigiyena qaydaları çərçivəsində idarə oluna biləcəyi bildirib.
ABŞ səhiyyə rəsmiləri isə ölkədə mindən çox peyvəndin olduğunu və bu rəqəmin önümüzdəki həftələrdə sürətlə artacağına ümid etdiklərini bildiriblər. ABŞ-da çiçək və meymun xəstəliyinə qarşı istifadə üçün təsdiq edilmiş Jynneos adlı peyvənd Avropada yalnız çiçək xəstəliyinə qarşı istifadə olunur.