Sərhədin delimitasiyası ilə bağlı növbəti Azərbaycan-Ermənistan görüşləri bu şəhərlərdə keçiriləcək
    • 24-05-2022, 19:24
    • 302

Sərhədin delimitasiyası ilə bağlı növbəti Azərbaycan-Ermənistan görüşləri bu şəhərlərdə keçiriləcək

Azərbaycan-Ermənistan sərhədinin delimitasiya üzrə Komissiyanın növbəti görüşü Moskva və Brüsseldə keçiriləcək.

News24.az Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, tərəflər bununla bağlı bu gün keçirilən ilk görüşdə qərar qəbul ediblər.

"Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib", - deyə məlumatda qeyd olunur.