İntim videosu yayılan iranlı aktrisa 16 ildən sonra Kann festivalında -VİDEO
    • 24-05-2022, 23:07
    • 1 665

İntim videosu yayılan iranlı aktrisa 16 ildən sonra Kann festivalında -VİDEO

75-ci Kann Film Festivalında iranlı rejissor Əli Abbasinin “Müqəddəs hörümçək” filmi təqdim olunub. Təqdimatdan öncə filmin yaradıcı heyəti festivalın qırmızı xalçasında ənənəvi fotosessiyada iştirak edib. Bütün nəzərlər filmdə baş rolu ifa edən Zər Əmir Ebrahimiyə yönəlib.

News24.az  Teleqraf.com-a istinadla xəbər verir ki, Cənubi Azərbaycandan olan rejissor Rza Siyami feysbuk hesabında aktrisa ilə bağlı maraqlı faktlara toxunub:

“Bu xanım Zər Əmir İbrahimi (keçmişdə Zəhra) iranlı aktrisadır. 16 il öncə gənc bir qız idi. Naməlum şəxslər tərəfindən, şəxsi və xüsusi həyatından (sevişməsindən) bir video yayımlandı. İnanılmaz bir sürətlə bütün ölkəyə yayıldı. Hər disk satan onu müştəriyə təklif edirdi, xalq da böyük həyəcanla onu almağa cəhd göstərirdi. Beləliklə, sadəcə bu gənc aktrisanın sənət həyatına son qoyulmadı, onun həyatı alt-üst oldu.
Qəzetlər hər gün onun intihar xəbərini yayırdı. Hər yerdə onun yataq otağının filmini kim çəkib və yayıb mövzusu müzakirə olunurdu. Xalq həyasızca videonu alıb izləyir və müzakirə edirdi.

Kino həmkarları və bir çox aktrisalar “lənətə gələsə,n bizi də rüsvay etdin “ deməklə ondan üz çevirdilər. Zəhra ölkəni tərk etmək məcburiyyətində qaldı.

16 ildən sonra o bu gün xaricdə yaşayan iranlı rejissor Əli Abbasinin “Müqəddəs hörümçək“ filmi ilə kino həyatına geri qayıdır. Həm də Kann Film Festivalında və onun gəncliyini məhv edən xalqın qarşısında dayanır, gülür və rəqs edir”.

Qeyd edək ki, Əli Abbasinin “Müqəddəs hörümçək” filmi festivalın əsas müsabiqə bölməsində yarışır.