Xırdalanda yeniyetmə qız evə çağırdığı oğlanla cinsi əlaqədə oldu, hamilə qaldı
    • 25-05-2022, 11:37
    • 1 034

Xırdalanda yeniyetmə qız evə çağırdığı oğlanla cinsi əlaqədə oldu, hamilə qaldı

Xırdalanda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olaraq onu hamilə qoymuş Biləsuvar sakini, 2003-cü il təvəllüdlü Fərid Xamızadə həbs edilib.

News24.az-ın məlumatına görə, F.Xamızadə barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş başlanılıb.

O, bildirib ki, 2005-ci il təvəllüslü Aysu (şərti adlı) ilə 2019-cu ildən sevgili kimi görüşməyə başlayıb. Görüşlər həm Fəridin, həm də Aysunun evində baş tutub.

Belə ki, Aysunun atası ilə anası boşanıb və o, anası ilə birgə Riyad ticarət mərkəzinin yaxınlığında yaşayıb. Onun anası Bakı Metropolitenində çalışdığından və bəzi günlər gecə növbəsində olduğundan yeniyetmə qız sevgilisi ilə əsasən öz evində görüşüb və dəfələrlə təbii yolla cinsi əlaqədə olub. 2 il ərzində onların gizli münasibətindən heç kim xəbər tutmasa da, 2021-ci ildə Aysunun hamilə qalması və qarnının böyüməsindən sonra anası hər şeyi öyrənib. 2021-ci ilin oktyabrında isə həmin vaxt 16 yaşı olan qız doğuş keçirərək oğlan uşağı dünyaya gətirib. Bundan sonra xəstəxanadan hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib və Fərid barəsində cinayət işi açılıb.

Məhkəmədə yeniyetmə qız bildirib ki, Fəridi sevir və artıq onunla evlənib. 

Fərid də Aysunu sevdiyini, onunla 2019-cu ildən görşməyə başladığını və həmin vaxtdan qızın evində dəfələrlə cinsi əlaqədə olduğunu və o zaman qızın yetkinlik yaşına çatmadığını bildiyini deyib. O, qeyd edib ki, Aysu il fikri əvvəldən cidi olub, 2019-cu ildən etibarən ona bir neçə dəfə qızıl əşyalar hədiyyə edib. Hər dəfə ad günü olanda gecə saatlarında evdə gizli görüşəndə birgə tor kəsib qəeyd ediblər.

Abşeron rayon Məhkəməsi yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş şəxsi Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilib. Fərid Xamızadənin 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və məhkəmə zalındaca həbs edilməsinə hökm edilib.
Dərhal həbs ediln 19 yaşlı oğln cəzaçəkmə müəssisəsinə göndərilib.