Abramoviç "Çelsi"ni satdı
    • 26-05-2022, 21:08
    • 308

Abramoviç "Çelsi"ni satdı

Rusiyalı iş adamı Roman Abramoviç "Çelsi"ni rəsmən satıb.

Bu barədə "Companies House" (Böyük Britaniyada Hüquqi Şəxslərin Vahid Dövlət Reyestri) məlumat yayıb.
"Zadəganlar"ın səhmlərini ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrup alıb.

Daha əvvəl klubun satışını İngiltərə Premyer Liqasının rəhbərliyi təsdiqləyib. Hökumət ölkədəki aktivləri dondurulan Abramoviçin klubun satışından heç bir gəlir əldə etməyəcəyinə dair hüquqi təminat aldıqdan sonra sövdələşməyə icazə verib.

Müqavilənin dəyəri 4,25 milyard funt sterlinq (təxminən 5 milyard avro) təşkil edib.

Qeyd edək ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklayıb.

Bu səbəbdən funksioner fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb./Report/