11 nəfər koronavirusa yoluxdu, ölən yoxdur
    • 27-05-2022, 16:52
    • 203

11 nəfər koronavirusa yoluxdu, ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792746 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782987 nəfər müalicə olunaraq sağalıb, 9712 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2163, bu günə qədər isə ümumilikdə 6885286 test icra olunub.