Naxçıvanda 16 yaşlı qız özünü öldürdü
    • 28-05-2022, 10:29
    • 308

Naxçıvanda 16 yaşlı qız özünü öldürdü

Naxçıvan Muxtar Respublikasında intihar hadisəsi qeydə alınıb.

News24.az-ın məlumatına görə, hadisə mayın 26-da günorta saat 1 radələrinfə Şərur rayonunun Ələkli kənrədində baş verib. Həmin kəndin sakini, 2006-cı ildə anadan olmuş Röya Zamin qızı Əsədova özünü yaşadığı evin həyətində asıb.

16 yaşlı qızın intiharının səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmala başlanılıb.