“Süfrələriniz dolma, piti, düşbərə və kababla dolu olsun” - VİDEO
    • 28-05-2022, 11:06
    • 420

“Süfrələriniz dolma, piti, düşbərə və kababla dolu olsun” - VİDEO

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, səfir bununla bağlı öz rəsmi tviter hesabında paylaşım edib.

“Azərbaycana arzu edirəm ki, süfrələriniz dolma, piti, düşbərə və kababla dolu olsun, həmişə sağlam, firavan və xoşbəxt olasınız, qəlbləriniz həmişə belə isti və qonaqpərvər olsun və ocağınız əbədi olaraq alovlansın. Müstəqillik Gününüz mübarək!", - deyə səfir qeyd edib.

Eləcə də, səfirlik “Azərbaycanı Müstəqillik Günün münasibətilə təbrik edirik! Bu ölkəyə nə arzu edirsiniz?” başlığı ilə xüsusi video da hazırlayıb.