Ucarda avtomobil yolun kənarında dayanan piyadanı vurub
    • 30-05-2022, 10:26
    • 273

Ucarda avtomobil yolun kənarında dayanan piyadanı vurub

Mayın 27-də saat 22 radələrində Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində rayon sakini X.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Vüsal Məmmədovu vurub.

Bu barədə News24.az-a məlumat verilib.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən V.Məmmədov mayın 28-də ölüb.

Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.