Saatlıda "Mercedes" yandı
    • 30-05-2022, 20:08
    • 227

Saatlıda "Mercedes" yandı

Saatlı rayonunun Qazanbatan kəndində "Mercedes" markalı minik avtomobili yol kənarına aşıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az -a verilən xəbərə görə, nəticədə avtomobil yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.