-
- 8-02-2022, 14:52
- 805
Bakının mərkəzində ŞOK HADİSƏ - Qısqanc kişi qayınanasının evinə basqın etdi
Bakıda qaynını bıçaqlayan 1990-cı il təvəllüdlü Ənvər Əliyev barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xilqanlıq və ya ümumi təhlükəli üsulla törədildikdə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.
News24.az xəbər verir ki, Məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, hadisə baş verdiyi 21 iyun tarixində Ə.Əliyev bıçaqla ondan ayrılaraq anasının evində yaşayan həyat yoldaşının ardınca Nəsimi rayonundakı evə gedib.
Qapının təpik və yumruqla döyüldüyünü görən Firuzə (şərti adlı) və anası qapını açmayıblar. Qızın anası Bakının mərkəzindəki kafelərdən birində ofisiant işləyən oğlu Elnura zəng edərək Ənvərin gələrək qapını sndırdığını deyib. Dərhal hadisə yerinə gələn Elnurdan qonşulardan ayıb olduğunu, söyüş söyməməsini, qapını təpikləməməsini deyərək həyətə düşməsini istəyib. Lakin Ənvər etiraz edib və qapının açılmasını tələb edib. Bu zaman Elnur Ənvəri zorla pilləkənlərdən düşürməyə çalışıb və qapını açan anası da ona kömək etməyə çalışıb. Elnurun əlindən çıxan Ənvər dərhal evə daxil olub və bıçağı çıxararaq Elnura 2 ağır xəsarət yetirib.
Bıçaqlanan gəncin bacısı, hadisəni törədən şəxsin həyat yoldaşı bildirib ki, 2014-cü ildə Ənvərlə evlənib, lakin onun həddindən çox qısqanc olması səbəbindən 2020-ci ildə anasının yanına qayıdıb.
Ənvər Əliyev isə qeyd edib ki, o, özü də Firuzadan boşanmaq istəyib və ondan sənədləri məhkəməyə təqdim etməyi tələb edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Ənvər Əliyevin 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə qərar verib.