Dilarə əməkdar artisti yanmaqdan xilas etdi - VİDEO
    • 14-12-2018, 18:42
    • 2 235

Dilarə əməkdar artisti yanmaqdan xilas etdi - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün ölkənin ən reytinqli şousu “Maşın” 17-ci sürəti ilə start götürüb.

News24.az xəbər verir ki, 18 məşhur simanın qatıldığı verilişin ilk bölümünün sonunda əməkdar artist Rühəngiz Allahverdiyeva yaşana biləcək bədbəxt hadisədən son anda canını qurtarıb.

İfaçı avtomobilin ön tərəfində dayandığı üçün bir qədər kənara çəkilməli olub. Bu vaxt o, verilişin sonu üçün hazırlanmış fişənglərin yanına keçib.

Atəşfəşanlıq başladıqda isə R.Allahverdiyanın libasını yanmaqdan müğənni Dilarə Kazımova xilas edib. 

Qeyd edək ki, Dilarə Kazımova "Maşın şou"da ilk dəfədir iştirak edir və yarışmanın sərt qaydalarından xəbərsizdir. Xeyirxah və sadə xasiyyətli ifaçı deyəsən şouda da sadəliyinə sadiq qalmaq fikrindədir. 

Həmin görüntüləri təqdim edirik:

//News24.az