Bakıda kafedə qanlı dava - Bıçağı kürəyinə sancdılar
    • 31-05-2022, 18:02
    • 319

Bakıda kafedə qanlı dava - Bıçağı kürəyinə sancdılar

Bakıda kafelərdən birində bıçaqlanma hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, Ramana qəsəbəsi Südçülük savxozu yaşayış massivində yerləşən “Orxan kafe”də gecə saat 22:00-da Təbriz Hümbətov bıçaqlanıb. O, kürəyindəki kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya çatdırılıb və dərhal əməliyyata qaldırılıb.

Məlum olub ki, Təbrizi tanışı İlkin Niyazov bıçaqlayıb. Bıçağı gənc oğlanın kürəyinə soxan şəxs daha sonra qaçaraq uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.