Mahaçqala-Bakı aviareysi bərpa edilir
    • 31-05-2022, 20:09
    • 299

Mahaçqala-Bakı aviareysi bərpa edilir

Rusiyanın "Utair" aviaşirkəti Mahaçqala-Bakı-Mahaçqala marşrutu ilə uçuşları bərpa edir.

Reyslər həftədə iki dəfə, cümə və bazar günləri yerinə yetiriləcək.

Mahaçqaladan saat 15:00-da yola düşən təyyarə 17:30-da Bakıda eniş edəcək.

Əks istiqamətdə isə təyyarə Bakıdan 18:30-da havaya qalxacaq, yerli vaxtla 18:30-da Mahaçqalaya çatacaq./Axar.az/