DİN əməliyyat keçirdi, 64 cinayətin üstü açıldı
    • 1-06-2022, 10:06
    • 169

DİN əməliyyat keçirdi, 64 cinayətin üstü açıldı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə News24.az -a  DİN-in mətbuat xidmətindən məlumat verilib.
 
Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.
   
Axtarışda olduğuna görə ümumilikdə 83 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.