Çində 6,1 bal gücündə zəlzələ baş verib
    • 1-06-2022, 15:00
    • 310

Çində 6,1 bal gücündə zəlzələ baş verib

Çinin Sıçuan bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Yaan şəhəri yaxınlığında baş verən yeraltı təkan 17 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələnin episentri Sıçuanın paytaxtı Çenqdudan 113 kilometr aralıdadır.

Hələlik ərazidən ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.