-
- 1-06-2022, 16:15
- 381
Bankda işləyən Günayı amansızlıqla öldürən keçmiş polislə bağlı tələb rədd edildi
2019-cu ilin sentyabrında Göygöl rayonunun Üçtəpə kəndində 1981-ci il təvəllüdlü Günay Cəlili-Fərhadini xüsusi amanszlıqla öldürən 1995-ci ildə Ağsuda doğulmuş və Gəncədə yaşayan Orxan Məmmədovun cəzasının ağırlaşırılması ilə bağlı tələb rədd edilib.
News24.az-ın məlumatına görə, Beynəlxalq Bankın Gəncə filialının baş mütəxəssisi olan Günayın ailəsi Orxana verilmiş 17 illik həbs cəzasının ağırlaşdrılmasını istəyib. Onların tələbi əvvəlcə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyib. Bu dəfə isə Günayın atası Ali Məhkəməyə üz tutub və övladını qətlə yetirən bankın keçmiş mühafizəçisi – polis əməkdaşı olmuş Orxanın cəzasının ağırlaşırılmasını tələb edib. Lakin Ali Məhkəmədə Orxan Məmmədova verilmiş 17 illik azadlıqdan məhrumetmə cəzasını dəyişməyib.
Hadisənin təfərrüatlarına gəlincə, araşdırmalar zamanı məlum olub ki, Orxan əvvəllər yaxın münasibətdə olduğu, 10.01.1981-ci il təvəllüdlü G.Cəlili-Fərhadiyə onunla yaxınlıq etməsindən imtina etməsinə, ona dəfələrlə evlilik təklifləri edib, rədd cavabları almasına, həmçinin G.Y.Cəlili-Fəhradinin onun tərəfindən təqib olunması ilə bağlı Gəncə şəhər prokurorluğuna etmiş olduğu şikayətlərə görə qisas almağa qərar verib. O, G.Cəlili- Fəhradidən qisas alıb, onu öldürmək qərarına gəlib və bu məqsədlə hadisədən bir neçə gün əvvəl G.əlili-Fəhradinin və yaxın qohumlarının evdə olmadıqları vaxt qeyd edilən cinayətkar niyyətini həyata keçirməsi üçün G.Y.Cəlili-Fəhradinin yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evinə gedib gizlincə daxil olmasını asanlaşdırmaq məqsədi ilə əvvəlcədən hazırlıq görərək, evin birinci mərtəbəsindəki yataq otağının pəncərəsinin şüşəsini sındırıb. 08 sentyabr 2019-cu il tarixdə isə gecə saat 02 radələrində yaşadığı Gəncə şəhəri Kəpəz rayonundakı mənzildən zavod üsulu ilə hazırlanmış bıçağı sellofan torbaya qoyub özü ilə götürərək, piyada G.Y. Cəlili-Fəhradinin yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evə gedib, həmin evin arxa tərəfindəki kollarla əhatə olunmuş yerdən həyətə daxil olaraq, evdə G.Cəlili-Fəhradinin 2006-cı il təvəllüdlü azyaşlı qızı və həmin gün evdə qonaq olmuş Günayın bibisi qızından başqa heç bir kəsin olmadığını və onların yatdıqlarını dəqiqləşdirdikdən sonra, saat 04 radələrində sellofan torbanın içərisindəki bıçağı götürərək yataq otağının şüşəsini sındırdığı pəncərəsindən əlini içəri salıb pəncərəni tutacaq yerindən açdıqdan sonra yataq otağına daxil olub. Bu zaman ayaq səsinə yuxudan oyanaraq çarpayıdan qalxmış Günayla üz-üzə gələn Orxan ondan münasibətlərini nəyə görə həmin vəziyyətə çatdırdığını soruşaraq cavab gözləmədən onun 13 yaşlı azyaşlı qızı və bibisi qızının da gözləri qarşısında bçaqlamağa başlayıb. Günayın müqavimət göstərdiyini görən şəxs daha sonra onu yerə yıxaraq bıçaqla boğazını kəsib. Adisə Günayın 13 yaşlı qızı ilə bibisi qızının gözləri önündə baş verib. Kəskin qan itirən qadın hadisə yerində ölüb.
Qətlə yetirilən G.Cəlili-Fərhadi əvvəllər ailəli olsa da, boşanıbmış və 2 övladı ilə birgə atasının evində yaşayırmış.
Günayla birlikdə Gəncədəki bankda işləmiş Orxan isə qətldən sonra Bakıya qaçsa da, paytaxtda tutulub.