"Sevgi, qayğı və mərhəmət bütün əngəlləri aşa bilir" - Ruhi Əliyeva - FOTO / VİDEO
    • 1-06-2022, 17:26
    • 874

"Sevgi, qayğı və mərhəmət bütün əngəlləri aşa bilir" - Ruhi Əliyeva - FOTO / VİDEO

““Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilməzdik”. Məncə də, ürəyinlə sevməyi, gözəllikləri duymağı, gülümsəməyi onlar bizə öyrədir. Hər şeyə rəğmən həyata təbəssümlə baxmağı ən gözəl məhz onlar bacarır. Dünən buna bir daha əmin oldum. Yaşadıqları fiziki məhdudiyyətlərə, əziyyətlərə rəğmən xoşbəxt olmağı bacarırlar. Bir sığal, bir xoş kəlmə, azacıq nəvaziş bəs edir ki, balaca ürəklərində sənə yer versinlər. Məsum gözlərində sənə təşəkkürlərini göstərsinlər. Onların hər birinin dünyaya bircə mesajı var: sevgi, qayğı və mərhəmət bütün əngəlləri aşa bilir. Bayramınız mübarək, məsum mələklər!”

News24.az xəbər verir ki, bu fikirləri “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyevanın Daxili İşlər Nazirliyi və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində təşkil etdiyi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təşkil etdiyi tədbirdə səsələndirib. 

İş xanımı bildirib ki, sosial xidmət müəssisələrində baş çəkib uşaqların könlünü şad eləməyi özünə borc bilir. Bu gözəl balalarla vaxt keçirmək, onlara sarılmaq məni xoşbəxt edir. Yaranmış fürsətdən istifadə edib ölkə başçısı cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrdə onlara yaratdıqları şəraitə, göstərdikləri qayğıya görə təşəkkür edirəm".  

Tədbirdə uşaqları bayram münasibəti ilə təbrik edən Daxili İşlər Nazirliyinin Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevsə sosial xidmət müəssiəsində çalışan əməkdaşlara təşəkkürünü bildirib: “Bu uşaqların nazını çəkib onlara ailəsi, əzizi kimi diqqət göstərdiyiniz üçün sizlərə minnətdaram. Bu balaların hər biri bizim bir parçamız, övladımızdır. Onların hər birinin sağlamlığına qovuşmasını bütün qəlbimlə arzu edirəm ”.

Sosial müəssisənin rəhbəri Sevinc Məlikova da qonaqlara uşaqlara göstərdikləri dəstəyə, diqqətə görə təşəkkür edib: “Minnətdarıq ki, bu gün uşaqlar bayramını bizim balalarımızla birgə qeyd edirsiniz”. 

Daha sonra tədbir müəssidəki azyaşlıların hazırladıqları musiqi nömrələri, ifalarla davam edib.