Müəllim şagirdinin həyatını xilas etdi -VİDEO
    • 2-06-2022, 23:16
    • 234

Müəllim şagirdinin həyatını xilas etdi -VİDEO

Bakıda sinif müəllimlərindən biri sinfində təhsil alan, dərs davamiyyəti 1 ay aramsız zəif olan şagirdi haqqında narahatlıq keçirib.

News24.az xəbər verir ki, Uşağın valideynləri haqqında yaxından maraqlandıqda isə ortaya xoşagəlməz nüanslar çıxıb.

Hadisə paytaxtın 17 saylı tam orta məktəbində baş verib. Bu haqda “Xəzər Xəbər”də yayımlanan süjetdə ətraflı məlumat verilib. Süjetdə deyilir ki, dərslərə müntəzəm gəlməyən 1-ci sinif şagirdi haqqında narahatlıq keçirən Şəhla müəllimə uşağın valideynləri ilə əlaqə saxlasa da, eşitdikləri onu qane etməyib: “Əsassız bəhanələrlə uşağı dərsdən saxlayırdılar və mən tez-tez zəng edəndə məktəbə arayış təqdim edirdilər.

Bu isə mənim daha ciddi addımlar atmağıma mane olurdu”. Lakin qızcığazın 1 ay davamlı dərsdən qalması Şəhla müəllimənin şübhələrini daha da artırıb. Aramsız zəngləri cavabsız qalan müəlliməyə uşağın atası video göndərib.

Videoda narkotik maddənin təsiri altında qıvrılan qadının uşağın anası olduğu iddia edilirdi.

Qadını lentə alan uşağın atasının da normal vəziyyətdə olmadığı da məlum olub. Bütün bunlardan bərk narahatlıq keçirən müəllimə dərhal lazımi tədbirlər görüb: “Ünvanı öyrəndikdən sonra ora getdik. Evin vəziyyəti və şərait uşağın valideynlərinin normal həyat sürmədiyini göstərirdi.

Soyuducuda qidalanmaq üçün heç nə yox idi”. Bundan sonra uşaq müəllim və psixoloqun səyi nəticəsində atasından alınaraq Bakıdakı Uşaq evlərindən birinə yerləşdirilib. O özünü indi daha yaxşı hiss edir.  

Pedaqoqun bu təqdirəlayiq hərəkəti Bakı Şəhər Təhsil İdarəsi tərəfindən yüksək qiymətləndirilib. Belə ki, Şəhla müəllimə  “Təşəkkürnamə” ilə təltif olunub.