-
- 15-12-2018, 14:45
- 11 073
"O, olmasın, bu, olsun" filmi haqda bilib - bilmədiyiniz faktlar - FOTO
Rubrikamızda bu dəfə Azərbaycan kino tarixinin şedevrlərindən sayılan komediya janrında çəkilmiş "O, olmasın, bu, olsun" filmindən bəhs edəcəyik.
1910-cu ildə Bakıda cərəyan edən hadisələri əks etdirən filmdə iki gəncin - Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı, Rüstəm bəy obrazının bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin görkəmli rejissor Hüseyin Seyidzadə hətta mənfi obrazları da tamaşaçılara sevdirməyə nail olmuşdur.
1. Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmış filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində "Kürd-Şahnaz" muğamını ifa edir.
2. Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərlinin qapının dəliyindən içəri baxarkən Sərvərin çıxışı ilə yıxıldığı səhnədə həqiqətən də aktrisanın kiçik barmağı sınmışdı. Buna baxmayaraq, M. Kələntərli çəkilişi saxlamamış, roluna professional şəkildə davam etmişdi. Çəkiliş qrupu isə aktrisanın barmağının sınmasından çəkilişlər bitəndən sonra xəbərdar olmuşdu.
3. Film Azərbaycanın ilk rəngli bədii filmidir.
4. İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə, Macarıstan və digər ölkələrə satılan film xarici tamaşaçılar tərəfindən uğurla qarşılansa da, kinolent Bakı kinoteatrlarında nümayiş etdirilərkən respublika mətbuatında "Müvəffəqiyyətsiz film" başlıqlı kəskin tənqidi resenziya dərc edilmişdi.
5. Çəkilişləri ilyarım davam edən filmdə əsas rollarda oynayan aktyorlar həmin dövrün pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar alıblar.
6. Filmdə Gülnaz rolunu oynayan Tamara Gözəlova sonra başqa filmlərdən təkliflər alsa da bir daha filmə çəkilməmişdi. Gülnaz onun ilk və sonuncu roludur.
7. Əslində Məşədi İbad rolu üçün rejissor Hüseyn Seyidzadə aktyor Mirzəağa Əliyevi çəkəcəkdi. Lakin çəkilişlər başlayan ərəfədə aktyor vəfat etdiyi üçün rol Əliağa Ağayevə qismət olur.
Hazırladı: Səməd AĞAYEV