Sirac Abışov və Məhərrəm İbrahimovun anım günüdür
    • 4-06-2022, 01:04
    • 369

Sirac Abışov və Məhərrəm İbrahimovun anım günüdür

Bu gün Kəlbəcər rayonunda peşə borcunu yerinə yetirərkən minaya düşərək şəhid olmuş Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun anım günüdür.

News24.az xəbər verir ki, 2021-ci il iyunun 4-də Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi ərazisində ermənilərin yerləşdirdiyi tank əleyhinə minaya düşüb.

Nəticədə üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Prezident İlham Əliyev iyunun 4-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.