DİN Qubadakı qətllə bağlı məlumat yayıb
    • 4-06-2022, 11:30
    • 258

DİN Qubadakı qətllə bağlı məlumat yayıb

İyunun 3-ü saat 23 radələrində Quba rayon sakini,  1963-cü il təvəllüdlü Eldar Hacıyevin  rayonun Çartəpə kəndində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

News24.az-a verilən məlumata görə, zərərçəkmişin tanışı, 1968-ci il təvəllüdlü Kərim Baxışovun yaşadığı evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Eldar Hacıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Kərim Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir