Dünya Kubokunun 7-ci günü: Fransa idmançısı Jan Kikampua qızıl medala sahib oldu
    • 4-06-2022, 18:14
    • 390

Dünya Kubokunun 7-ci günü: Fransa idmançısı Jan Kikampua qızıl medala sahib oldu

Bugünkü yarışlarda bürünc medal ukraynalılara 25 metr məsafəyə tapançadan sürətli atəşaçma üzrə kişilər arasında yarışdan gəlib. Bu yarışın qızıl medalına isə Fransa idmançısı Jan Kikampua sahiblənib.

News24.az xəbər verir ki,  Bakı Atıcılıq Mərkəzində yarışları izləyən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Avropa çempionatı, dünya çempionatı yarışlarının Azərbaycanda keçirilməsini arzuladığını bildirib. “Bakı Atıcılıq Mərkəzində 4 məktəb fəaliyyət göstərir.

Həmin uşaqları bura cəlb etmək lazımdır. Ümumiyyətlə, idmanın bu növünü kütləviləşdirmək əsas məqsəd olmalıdır” – deyən MOK vitse-prezidenti bu idmanın hər növündə güclü idmançılarımız olduğunu vurğulayıb.

“Biz də Milli Olimpiya Komitəsi olaraq federasiyanı gördüyü işlərdə tam dəstəkləyirik” - Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə əlavə edib.