-
- 6-06-2022, 15:51
- 442
Tərtərdə 21 yaşlı gəncin qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib
23 fevral 2022-ci il tarixdə Tərtər rayon sakini 2001-ci il təvəllüdlü Elgün Qurbanlının qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Tərtər rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə News24.az-a Tərtər rayon prokurorluğundan məlumat verilib.
Aparılmış istintaqla, Tərtər rayon sakini 2004-cü il təvəllüdlü İlkin Nəzərovun əyani olaraq tanımadığı Elgün Qurbanlı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncuya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İlkin Nəzərov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.