Azərbaycanda kişidən 16 yaşlı baldızına qarşı iyrənc əməl – “Hər gün cinsi əlaqədə olaq”
    • 7-06-2022, 17:20
    • 534

Azərbaycanda kişidən 16 yaşlı baldızına qarşı iyrənc əməl – “Hər gün cinsi əlaqədə olaq”

Balakən rayonunda yetkinlik yaşına çatmayan baldızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 33 yaşlı Nurəddin Çobanov həbs edilib.

News24.az
-ın məlumatına görə, rayonun Kortala kənd sakini olan şəxs barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri – yetkinlik yaşına çatmayan şəxsə qarşı) maddəsi ilə iş açılıb. Cinayət işinin materialları artıq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Nurəddin Çobanov həmin maddə ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Araşdırmalar zamanı məlum olub ki, Nurəddin zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmək məqsədi ilə 26 noyabr 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində 06 avqust 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan baldızı Nuranəni (şərti adlı) mağazaya aparıb daha sonra yaşadığı evə geri qaytarmaq adı ilə aldadaraq sonuncunu Balakən rayonu Kortala kəndi ərazisində idarə etdiyi VAZ 2106 markalı avtomobilə mindirib. Mağazaya gedib geri qayıdan zaman avtomobili Kortala kəndinin çöl sahəsinə sürərək baldızının köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. 

Həmin gün Nurəddin baldızını evə gətirərkən ondan bu barədə heç kimə deməməsini, bundan sonr aonunla daim cinsi əlaqədə olmaq istədiyini və hər gün ona 1 manatlıq kontur alacağını deyib. Bacısının ərindən çəkinən, həmçinin hadisəni ailədə bildikləri təqdirdə atasının Nurəddini öldürəcəyindən qorxan qız əvvəlcə baş verənləri gizlətsə də, sonradan hadisənin üstü açılıb.