-
- 8-06-2022, 13:40
- 349
Azərbaycanda toydan evə qayıdan qohumlar dəhşət yaşadı – Biri öldü, digərləri isə...
Bu ilin 10 yanvar tarixində Bərdə rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News24.az-ın məlumatına görə, Bərdə rayon Məhkəməsində hakim Qamət Əbilovun sədrliyi ilə keçirilən prosesdə 1965-ci il təvəllüdl Arif Əkbərovun törətdiyi yol qəzası zamanı ölən və xəsarət alanların həmin gün toydan çıxıb evə getdikləri məlum olub. Belə ki, araşdırma zamanı məlum olub ki, qohumlar A.Əkbərovun idarə etdiyi “Mercedes E Class 240” markalı avtomobillə toydan çıxaraq yaşadıqları Qarayusifli kəndinə qayıtmaq istəyiblər.
Yolda avtomobil hərəkətdə olarkən A.Əkbərov iarəetməni itirib və maşın yolun soluna çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində Bərdənin Qarayusifli kənd sakini, 1960-cı il təvəllüdlü Əsədov Əliağa Kazım oğlu ölüb. 1965-ci il təvəllüdlü Əkbərov Arif Kamran oğlu, 1990-cı il təvəllüdlü Hacıyev Nazir Araz oğlu və 2006-cı il təvəllüdlü Əhmədli Nihat Taleh oğlu xəsarət alıblar. Xəsarət alanlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Bərdə rayon Məhkəməsi qəzanı törədən sürücünü Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib. A.Əkbərov 2 il sürücülük hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verilib.