Azərbaycan və Qırğızıstan müdafiə nazirlərinin görüşü keçirilib- FOTO
    • 8-06-2022, 20:53
    • 409

Azərbaycan və Qırğızıstan müdafiə nazirlərinin görüşü keçirilib- FOTO

İyunun 8-də İzmir şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib.

News24.az
xəbər verir ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-təhsil və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələri, eləcə də maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.