-
- 9-06-2022, 01:29
- 345
Britaniya 13 yaşlı ukraynalı qızı geri göndərdi
Böyük Britaniyada 13 yaşlı ukraynalı qızın ölkəyə valideynləri olmadan daxil olmasına icazə verilməyib.
Bu barədə Britaniya parlamentində Leyboristlər Partiyasından olan deputat Tulip Siddiq bildirib .
Onun sözlərinə görə, ukraynalı qız “mühasirəyə alınmış” məmləkətinə qayıtmağa məcbur olub.
Britaniya Daxili İşlər Nazirliyinin bu yeniyetmənin Böyük Britaniyaya gəlməsinə icazə verməməsinə səbəb kimi, onun valideynlərinin deyil, 18 yaşlı
bacısının müşayiətilə ölkəyə üz tutması ilə izah edib.
Siddiq Böyük Britaniyanın Baş naziri Boris Consondan parlamentin ənənəvi iclası zamanı hadisə ilə bağlı sual verib.
"Mən soruşdum ki, o, uşaqları müharibə zonasına geri göndərməyin düzgün olduğunu düşünürmü? Baş nazir cavab verdi ki, Böyük Britaniyanın daxili işlər naziri Priti Patel buna baxacaq”. /Teleqraf.com/