"Çukur"un "Vartolu"su Bakıda tamaşasını çəkməyi qadağan etdi - FOTOLAR - VİDEO
    • 17-12-2018, 12:28
    • 1 773

"Çukur"un "Vartolu"su Bakıda tamaşasını çəkməyi qadağan etdi - FOTOLAR - VİDEO

Ötən gün Nizami Kino Mərkəzində türkiyəli məşhur aktyor, “Çukur” serialının “Vartolu”su Erkan Kolçak Köstendilin “12 numaralı adam” tamaşası baş tutub.

News24.az xəbər verir ki, 45 dəqiqəlik 2 hissədən ibarət olan tamaşada media nümayəndələrinin və izləyicilərin telefonla şəkil və video çəkməsi aktyorun istəyi ilə qadağan edilib.

Hətta ssenariyə əsasən futbol məşqçisini canladıran E.Köstendil roluna görə səhnədən enərkən zaldan əyləşənlərdən birinin onu video çəkdiyini görüb və telefonu həmin şəxsin əlindən alıb.

Ümumilikdə isə tamaşanın ikinci hissəsi biriniciyə nisbətən daha aktiv keçib. Bu, zalda əyləşənlərin alqışı və xanım tamaşaçıların aktyorla ünsiyyətindən bəlli olub.

Türk film və seriallarında olduğu kimi, “12 numaralı adam”da qeyri-etik ifadələrsiz ötüşməyib. Lakin buna baxmayaraq həmin ifadələr izləyiciləri narahat etməyib, əksinə aktyorun sözləri gülüş və alqışla qarşılanıb.

Tamaşanın sonunda isə təşkilatçıların söz verildiyi kimi, aktyor sevənləri ilə şəkil çəkdirib.

Erkan Köstendil gecə reysi ilə Türkiyəyə geri dönüb.

Teymur MƏMMƏDOV
FOTO/VİDEO: Səməd AĞAYEV