Ərdoğan seçkilərdə namizəd olacağını AÇIQLADI
    • 9-06-2022, 17:45
    • 401

Ərdoğan seçkilərdə namizəd olacağını AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə baş tutacaq prezident seçkilərində namizəd olacağını açıqlayıb.

News24.az xəbər verir ki, bunu dövlət başçısı İzmirdə çıxış edərkən söyləyib.

Türkiyə müxalifətinin liderlərindən olan Kamal Kılıçdaroğlunu tənqid edən dövlət başçısı bildirib:

“Namizədlik məsələsini daha da uzada bilməyəcəksən. Seçki qarşıdakı ilin iyun ayında keçiriləcək. Qaçacaq yerin yoxdur, cənab Kamal. Bax deyirəm, Cümhur İttifaqının namizədi Tayyib Ərdoğandır”. /Unikal.org/