Qaxda 1,6 ton narkotik tərkibli bitki məhv edildi -FOTO
    • 11-06-2022, 12:31
    • 248

Qaxda 1,6 ton narkotik tərkibli bitki məhv edildi -FOTO

Qax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun  İngiloy Kötüklü kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 600 kiloqram olan 1818 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.