Şəkidə yabanı halda bitən narkotik tərkibli bitkilər məhv edildi -FOTO
    • 6-06-2022, 12:57
    • 321

Şəkidə yabanı halda bitən narkotik tərkibli bitkilər məhv edildi -FOTO

Şəkidə yabanı halda bitən narkotik tərkibli bitkilər məhv edilib.

News24.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Baş Göynük kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 450 kiloqrama yaxın çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.