Bakıda 55 yaşlı qadını avtomobil vurdu
    • 24-12-2020, 10:58
    • 423

Bakıda 55 yaşlı qadını avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Ukrayna dairəsində yolu keçən 1965-ci il təvəllüdlü Abdullayeva Natavan Şəmsəddin qızını avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək və qapalı kəllə-beyin travması, sağ incik sümüyünün sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.