Hindistanda  Məhəmməd peyğəmbəri təhqir edənlərə qarşı etirazlar davam edir
    • 13-06-2022, 11:44
    • 263

Hindistanda Məhəmməd peyğəmbəri təhqir edənlərə qarşı etirazlar davam edir

Hindistanda Xalq Partiyasının Məhəmməd peyğəmbəri təhqir etməsindən sonra başlayan etiraz aksiyalarına qatılan bəzi müsəlmanların evləri sökülüb.

News24.az "haber7"saytına istinadla xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Uttar Pradeş əyalətində etirazlara qatılan 3 müsəlmanın evinin buldozerlərlə dağıdıldığı bildirilib.

Dövlət rəsmiləri isə evlərin qeyri-qanuni olduğunu və köçürülmə bildirişlərinin verildiyini iddia edib.

Uttar Pradeş əyalətinin baş naziri Yogi Adityanath-ın mətbuat müşaviri Mrityunjay Kumar, Twitter-də paylaşaraq, buldozerlərin evləri sökən şəkillərini əlavə edərək: "Üsyançılar, hər cümədən sonra şənbə gəldiyini unutmayın." ifadəsini işlədib.

Qeyd edək ki, ötən gün hakim Xalq Partiyasından (BJP) iki məsul şəxsin İslam dini və Məhəmməd peyğəmbərə qarşı təhqiramiz ifadələri işlətməsi ilə etiraz aksiyaları başlayıb.