-
- 14-06-2022, 10:04
- 381
Bakıda marşrut avtobusunda tələbə qıza qarşı CİNAYƏT
Bakıda avtobusda tələbə qızı soyan dostlar həbs edilib.
News24.az-ın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində, 77 saylı müntəzəm marşrut xəttində baş verib. Belə ki, bu ilin fevral ayında 1990-cı il təvəllüdlü Xaçmaz sakini, Cəlil Şıxverdiyev və 1994-cü ildə anadan olmuş, Ağdaş sakini Ələddin Məmmədov qabaqcadan əlbir olaraq avtobusun arxa oturacağında əyləşən Moskva Dövlət Universitetinin tələbəsi, 2002-ci il təvəllüdlü Ayşə Qurbanovanın (şərti) dəyəri 3300 manat olan “İphone 12 Pro Max” markalı mobil telefonunu ələ keçiriblər. Axşam saatlarında avtobusda sərnişinlərin az olmasından istifadə edən şəxslər avtobus dayanacağa yaxınlaşıb qapıları açarkən qıza yaxınlaşaraq qəfil onun əlindəki telefonu alıblar. Onlar dərhal Mikayıl Müşfiq küçəsi 14 ünvanındakı dayanacaqda avtobusdan düşərək qaçıblar.
Bundan bir neçə gün sonra Ələddin soyğunçuluq yolu ilə ələ keçirdiyi bahalı telefonu metronun 28 May stansiyası yaxınlığındakı telefon mağazasında 300 manata satıb.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Cəlil və Ələddin tutulub. Onların barəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə iş açılıb. Cinayət işinin materialları ərazi üzrə Yasamal rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə tutulan şəxslərin hər biri 3 il yarım müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.