Bakıda marşrut avtobusunda qanlı dava – Qayçı ilə xəsarətlər yetirdi
    • 25-04-2022, 14:50
    • 580

Bakıda marşrut avtobusunda qanlı dava – Qayçı ilə xəsarətlər yetirdi

Bakda marşrut avtobusunda baş vermiş dava-dalaşa görə cinayət işi açılıb.

News24.az
-ın məlumatına görə, hadisə noyabrın 24-də Binəqədidən Yasamala işləyən 165 saylı marşrut avtobusunda baş verib. Axşam saat 20:30 radələrində avtobusda sıxlıq olarkən Natiq və Rüsal arasında mübahisə yaranıb. Onların bir-birlərinə toxunması səbəbindən baş verən mübahisə zamanı Cəlilabad rayon sakini olan 1985-ci il təvəllüdlü Natiq Abdullayev digər sərnişinə üzərindəki qayçı ilə zərbələr endirib. Müxtəlif dərəcəli xəsarətlər alan Rüsal adlı şəxs Kliniki Tibbi Mərkəzə çatdırılıb və ona tibbi yardım göstərilib.

Hadisə ilə bağlı polisə məlumat daxil olandan sonra araşdırmalar aparılıb və Natiq Abdullayev həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə iş açılıb. İşə Nəsimi rayon Məhkəməsində baxılıb. Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesin yekununda avtobusda xuliqanlıq etmiş Natiq Abdullayevin 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə hökm edilib.