"Ərimi necə öldürüm" kitabının yazarı ƏRİNİ ÖLDÜRDÜ
    • 14-06-2022, 17:55
    • 371

"Ərimi necə öldürüm" kitabının yazarı ƏRİNİ ÖLDÜRDÜ

"Ərimi necə öldürüm" və "Səhv ər" kitabının yazarı Nensi Krempton Amerikada ömürlük həbs cəzasına məhkum edilib.  

News24.az xəbər verir ki, buna səbəb 71 yaşlı yazarın ərini qətlə yetirməsi olub. 

Belə  ki, ABŞ-ın Oreqon ştatının məhkəməsi həyat yoldaşı Deniel Brofini öldürdüyü təsdiqlənən yazar barəsində ömürlük həbs qərarı qəbul edib.  

Amma onun 25 ildən sonra şərti azadlığa çıxmaq hüququ əlindən alınmayıb.

Qeyd edək ki, 2018-ci ildən həbsxanada olan Nensi cinayətin işləndiyi silahı romanlarındakı gerçəkliyi artırmaq üçün aldığını və kitabın yazılmasına vasitə olduğunu söyləyib. Yazıçının ərini sığortadan 1.5 milyon dollar təzminat almaq üçün də öldürdüyü də iddialar arasındadır.