Avropa çempionatının kuboku Bakının bu yollarında nümayiş olunacaq
    • 15-06-2022, 16:10
    • 446

Avropa çempionatının kuboku Bakının bu yollarında nümayiş olunacaq

Bu gün minifutbol komandamızın Avropa çempionatı zamanı qazandığı kuboku Bakının hansı yollarında nümayiş etdirəcəyi bəlli olub.

News24.az-ın xəbərinə görə, milli komandamızı daşıyacaq avtobus saat 16:30-dan etibarən Hüseyn Cavid parkının yanından şəhər turuna başlayacaq.

Komandamız oradan “Flame Towers”, Qoşa Qala qapısı, Qız qalası, Azneft meydanı və Bayraq meydanına gedəcək. Daha sonra oradan – Azneft meydanından geri qayıdılacaq. Belə ki, avtobus Azadlıq meydanı, Zəfər Parkı ilə hərəkət edərək Ağ Şəhər Bulvarında dayanacaq.

Qeyd edək ki, saat 19:00-dan etibarən orada konsert proqramı təşkil olunacaq, xalq artistləri – Zülfiyyə Xanbabayeva, Miri Yusif, eləcə də “Avroviziya” iştirakçısı Səmra çıxış edəcəklər.