-
- 15-06-2022, 22:00
- 453
"Nəinki Avropa, dünya çempionatı da Bakıda keçirilə bilər"
"Komanda oyundan-oyuna peşəkarlığını göstərdikcə, onlara inanmağa başladıq. Getdikcə səviyyəmizin artdığı görünürdü. Qrupdakı ilk matçda uduzsaq da, sonradan uşaqlar peşəkarlıq göstərdilər və sonda çempion olduq".
News24.az-ın məlumatına görə, bunu Azərbaycan Minifutbol Federasiyasının təsisçisi Orxan Məmmədov milli komandanın Avropa çempionluğu ilə bağlı təşkil olunmuş konsert proqramı zamanı jurnalistlərə açıqlamasında deyib.
Funksioner yığmanı qəbul etdiyi üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib: "Görüş zamanı komandanı təbrik etdi, ürək sözlərini çatdırdı və bildiyiniz kimi, komandanı mükafatlandırdı. Bu gün xalqımızla birlikdəyik və kuboku nümayiş etdiririk. Komandanın qarşısına yeni vəzifələr qoyulacaq".
O, növbəti Avropa çempionatının Azərbaycan keçirilmə ehtimalına da toxunub: "2024-cü ildəki turnir artıq təsdiq olunub. Amma bununla bağlı danışıqlar aparırıq. Nəinki Avropa, dünya çemionatı da Bakıda təşkil oluna bilər".
O.Məmmədov qeyd edib ki, minifutbolla böyük futbolu eyniləşdirmək olmaz: "Bunlar tamam başqa idman növləridir. Bilirsiniz ki, mən həm də "Zirə"nin fəxri-prezidentiyəm. Böyük futbolda legionersiz uğur qazanmaq qeyri-mümkündür. Amma biz yerli oyunçulara üstünlük verməliyik. İnfrastruktur daha da keyfiyyətli olmalıdır ki, oyunçular öz səviyyələrini göstərsinlər. Hər bölgədən istedadlı uşaqları kəşf etməli və onlara şərait yaratmalıyıq".