Sabah “Azəriqaz”da “Açıq qapı” aksiyası keçiriləcək
    • 16-06-2022, 17:38
    • 331

Sabah “Azəriqaz”da “Açıq qapı” aksiyası keçiriləcək

Sabah, iyunun 17-də saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.

News24.az xəbər verir ki, bu barədə “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.
Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.