Azərbaycan əhalisinin sayı AÇIQLANDI
    • 17-06-2022, 13:29
    • 243

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Bu barədə News24.az-a Statistika Komitəsindən məlumat verilib.

Bildiirlib ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 16812 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il may ayının 1-i vəziyyətinə 10173178 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmiş, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.