Tibb işçilərinin peşə bayramı ilə bağlı tədbir keçirildi - FOTO
    • 17-06-2022, 17:11
    • 312

Tibb işçilərinin peşə bayramı ilə bağlı tədbir keçirildi - FOTO

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş “Həkimlərimiz Vətən müharibəsində” adlı tədbir keçirilib. 

News24.az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin zabit və əsgər heyəti, Tibb İdarəsinin zabit həkimləri, veteran təşkilatları, və digər idarə-müəssisələrin nümyəndələri,həmçinin 44 günlük vətən müharibəsində Laçın dəhlizi uğrunda gedən döyüşlərdə şəhid olan əsgər feldşer Hüseynzadə Muradın ailə üzvləri anası-Nazilə xanım və bacısı- Şanı xanım da iştirak edib.

Tədbirdə Azərbaycan həkimlərinin 44 günlü Vətən müharibəsinə həsr olunmuş mövzu ətrafında muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin məruzəsi, MN Baş Klinik Hospitalından tibb xidməti polkovnik-leytenantı Təhməzov Səlahəddin Rəşid oğlunun, Tibb xidməti mayoru Quliyev Taryel Füzuli oğlunun, Mərkəzi Hərbi Poliklinikanın tibb xidməti mayoru Hüseynov Hamlet Vaqif oğlunun və Hərbi Tibb Fakultəsinin kafedra rəisi polkovnik-leytenant Şahin Süleymanovun çıxışları  dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb, hərbi həkimlərimizin Zəfərimizə verdiyi töfhələrdən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirin bədii hissəsində Həzi Aslanov adına İdeoloji iş və Mədəniyyət mərkəzinin mahnı vər rəqs anlanblının ifsında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.

Tədbir xatirə şəklinin çəkdirilməsi və ardından çay süfrəsi ilə tamamlanıbdır.