Milli qurtuluş günü ilə bağlı tədbir keçirildi - FOTO
    • 14-06-2022, 14:46
    • 354

Milli qurtuluş günü ilə bağlı tədbir keçirildi - FOTO

2022-ci il iyun ayının 14-də saat 1100-da Azərbaycan Hərb Tarixi Muzeyində 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluş tariximizi öyrənək və öyrədək” adlı tədbir  keçirilib.

News24.az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin zabit və əsgər heyəti, veteran təşkilatlarının, şəhər muzeylərinin və digər idarə-müəssisələrin nümayəndələri iştirak edib.
 
Tədbirdə mövzu ətrafında muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, muzeyin tədqiqatçı-baş elmi işçisi tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun məruzələri dinlənilib, mövzu ətrafında müzakirələr aparılacaq, Qurtuluş gününə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbirin bədii hissəsində Abbas Mirzə adına Şərifzadə Mədəniyyət Mərkəzinin üzvləri - Səidə Orucova, Selcan Qarayeva, Ayxan İmanov, Yeganə Hümbətova, Günel Babayeva və Səidə Orucovanın ifasında vətənpərvərlik musiqiləri və serləri səsləndirilib.

Tədbir təltifetmə mərasimi, xatirə şəklinin çəkdirilməsi və ardından çay süfrəsi ilə tamamlanıb.