Hərb Tarixi Muzeyi "Unutmadıq, Unutdurmadıq!" adlı tədbir keçirdi
    • 31-03-2022, 14:18
    • 286

Hərb Tarixi Muzeyi "Unutmadıq, Unutdurmadıq!" adlı tədbir keçirdi

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində 31 mart azərbaycanlıların soyqırımının 104-cü ildönümünə həsr olunan ““Unutmadıq, Unutdurmadıq!” adlı tədbir keçirilib.

News24.az-ın məlumatına görə, tədbirdə Müdafiə Nazirliyinin, hərbi hissələrin, veteran təşkilatlarının və digər idarə - müəssisələrin nümayəndələri iştirak edib.

Tədbirdə e.o.polkovnik Əzizağa Qəni-zadə və muzeyin tədqiqatçı-elmi işçisi Sevər Sağmanın məruzə və çıxışları dinlənilib, 31 mart soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub, mövzu ətrafında müzakirələr aparılıb.