Səhiyyə Nazirliyi Xose Bernardo ilə bağlı məlumat yaydı
    • 11-11-2019, 12:24
    • 844

Səhiyyə Nazirliyi Xose Bernardo ilə bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi bıçaqlanan Xose Pablo Bernardo ilə bağlı məlumat yayıb.

Qurumdan News24.az-a verilən məlumata görə, Pirallahı rayonunda vaş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59 da gəlib. Pirallahı rayonu Xanlar 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Rafael Hüseynov isə əməliyyat olunub. Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Afaq Mirayiq