"Deyirlər, içib oynayır..." - Məzunlarla rəqs edən müəllim DANIŞDI-FOTO
    • 20-06-2022, 12:50
    • 400

"Deyirlər, içib oynayır..." - Məzunlarla rəqs edən müəllim DANIŞDI-FOTO

"Mənə bu barədə heç bir söz deyilməyib. Bəziləri deyir ki, içib oynayıb. Amma mən içki içən biri deyiləm. Həm də səhər saat 9-da içki olar?".

News24.az xəbər verir ki, Bu sözləri açıqlamasında bir neçə gün öncə 11-ci sinif məzunları ilə oynayarkən sosial şəbəkələrdə görüntüləri yayılan olan tarix müəllimi Anar Niftəliyev deyib. 

Ucar rayon Boyat kənd tam orta məktəbin müəllimi olan A.Niftəliyev onu da bildirib ki, sözügedən video sonradan təhrif olunub, başqa musiqi əlavə edilib:

"Videonu çəkəni tapa bilmədim. Heç axtarmadım da. Bir də ki, videonu paylaşanda həmin mahnı ilə paylaşmayıblar. Sonradan başqa musiqi əlavə olunub. İnsanlar da bunu birmənalı qarşılamayıb. Belə hallar olur. Bir nəfər hər kəs üçün yaxşı görünə bilməz. 

Bəziləri adımı direktor, müavin kimi qeyd edir. Amma mən tarix müəllimiyəm. Şagirdlərimin arzusunu nəzərə alıb onlarla oynadım", - deyə o əlavə edib./Unikal/