Ağdamda market yanaraq külə döndü -FOTO
    • 21-06-2022, 15:11
    • 224

Ağdamda market yanaraq külə döndü -FOTO

Ağdamda market yanaraq külə dönüb.

News24.az-ın məlumatına görə, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb. Kənd sakini Şahmarov Ramil Əhliman oğluna məxsus mağaza içindəki ərzaqlarla və avadanlıqla birgə yanıb. Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürən bölməsi çağrılıb. Yanğınsöndürənlər baş verən yanğını söndürərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır./Trend/