AFFA milli komandanın baş məşqçisi ilə vidalaşdı
    • 21-06-2022, 15:42
    • 236

AFFA milli komandanın baş məşqçisi ilə vidalaşdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçin müqavilə müddəti başa çatıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Milan Obradoviçə U-21 milli komandasında fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.

Azərbaycan U-21 milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.