Məşhur müğənni suda boğularaq ölüb - FOTO
    • 19-12-2018, 12:02
    • 676

Məşhur müğənni suda boğularaq ölüb - FOTO

Rumıniyanın məşhur müğənnilərindən olan Anka Pop həlak olub.

O, idarə etdiyi maşınında çaya düşərək, boğulub.
Kanada vətəndaşı olan 34 yaşlı Anka Popun idarə etdiyi avtomobil idarəetməni itirməsi nəticəsində Rumıyanın cənub-qərbindəki Danuba çayına düşüb. Nəticədə müğənni avtomobilndən çıxa bilməyərək, boğulub.
Hadisə dekabrın 16-da baş verib. Onun yoxa çıxdığı barədə bacısı polisə xəbər verib. Bacısının dediyinə görə, Anka bazar axşamı üçün təyin olunmuş ailəvi şam yeməyinə gəlməyib. Polis axtarışa başlayıb və bir müddət sonra dayverlər Anka Popun avtomobildəki cəsədini Danubada tapıblar.
Rumıniyada doğulmuş Anka Popun ailəsi 1987-ci ildə sabiq Yuqoslaviyaya mühacirət etmiş, siyasi sığınacaq almışdı. Aİlə Buxarestdə məskunlaşandan 7 ay sonra ailə Kanadaya yollanmışdı.

Kanadada müğənnilik karyerasına başlayan Anka vətəni Rumıniyada kommunist rejim devirləndən sonra Buxarestə qayıtmışdı.
İfa etdiyi musiqi Balkan və meysntrim pop-musiqisinin qarışığı olan Anka Popun ən məşhur mahnıları "Loco Poco", "Super Cool" və "Free Love" idi.
Yaponiyada pox populyar olan Anka Pop məşhur bəstəkar Qoran Breqoviçlə də əməkdaşlıq etmiş, "Champagne for Gypsies" albomunun hazırlanmasında iştirak etmişdi.

//Milli.az